Modern.az

Şiələr İraq parlamentini ələ keçirdi - deputalar girov götürülüb

Şiələr İraq parlamentini ələ keçirdi - deputalar girov götürülüb

Təhsil

30 Aprel 2016, 18:00

İraqda şiələrin əsas liderlərindən sayılan Müqtəda əs-Sədrin tərəfdarları ölkə parlamentinin binasını ələ keçiriblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın dövlət müəssisələri yerləşən “yaşıl zona”sına daxil olan şiələr İraq hökumətinin istefaya göndərilməsi ilə bağlı məsələnin təxirə salınmasından sonra bu addımı atmışdılar.

Ərazidəki təhlükəsizlik qüvvələrinin müqaviməti ilə rastlaşmayan kütlə parlamentə daxil olaraq bir neçə deputatı girov götürüblər.

Bundan başqa, binadakı mebeli də dağıdan etirazçılar azad hökumətin qurulmasını istəyib.

Bu gün baş nazir Heydər əl-Abadi hökumətin 5 yeni nazirinin təsdiq olunması üçün parlamentə gəlməli idi. Lakin parlamentdəki səsvermə son anda ləğv olunmuşdu.


Vüqar İsmayılov
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı