
Sızran polisinin keçmiş rəisi Andrey Qoştanı və onun ailə üzvlərini qətlində şübhəli bilinən Orta Asiya əsilli üç nəfər saxlanılıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda İstintaq Komitəsinin saytında məlumat verilib.
Məlumatda qeyd edilir ki, onların saxlanılması üçün Samara vilayətində aprelin 30-dan mayın 1-nə keçən gecə çox ciddi hazırlanmış əməliyyat keçirilib.
Yaxın zamanda bu qətldə təqsirkar bilinənlərə ittiham elan ediləcək. Qətldə şübhəli bilinən dördüncü şəxsin artıq Tacikistana qaçdığı bildirilir.
Samara vilayətinin Sızran rayonunun İvaşevka qəsəbəsində kütləvi qətl aprelin 24-də gecə baş verib.
Hücum zamanı polkovnik Qoşt, həyat yoldaşı və onun qardaşı, bacısı qızı və valideynləri vəhşicəsinə öldürülüblər. istintaqın məlumatına görə, onlar yatdıqları yerdə öldürülüblər.
Modern.az