Modern.az

İran İraqa təyyarə reyslərini ləğv edib

 İran İraqa təyyarə reyslərini ləğv edib

Təhsil

1 May 2016, 20:42

 

İran İslam Respublikası Bağdada bu günə olan təyyarə reyslərini ləğv edib. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı İRNA agentliyi yayıb. Məlumata görə, Həcc və digər ziyarətlərinin təşkilatçısı Səid Oxadi bildirib ki, belə bir qərarın verilməsinə səbəb Bağdadda baş tutan kütləvi nümayişlərdir.

"Şübhəsiz ki, hadisələrin hazırki inkişafı bizim üçün problemlər yaradır. Buna görə də, Bağdada iranlı zəvvarları daşıyan təyyarələrin uçuşlarını dayandırmaq qərara alınıb”, -deyə S. Oxadi bildirib.  

Təşkilatçı onu da bildirib ki, qonşu ölkədə olan zəvvarların təhlükəsizliyi artıq təmin edilib.

"Hal-hazırda 300 iranlı zəvvar ölkədə baş verən nümayişlərə görə paytaxta gedə bilmir. İran İslam Respublikası hakimiyyəti onların ölkəyə qayıdış problemini həll etməyə çalışır”.

Ötən gün İraqda hökumətin təsdiq etdiyi yeni deputatlara qarşı etiraz edən aktivistlər parlament binasına hücüm edib. Yüzlərlə etirazçı kordonları yararaq zorla Bağdad parlament binasının "yaşıl zonasına" daxil olublar.  

Deputatları mühasirəyə alan etirazçılar onları binadan buraxmamağa çalışıblar. Millət vəkilləri etiraz edənlərin təhqiredici qışqırıqları altında ehtiyat çıxışından istifadə edərək qaçmağa məcbur olublar. Parlamentin bəzi deputatları nümayişçilərin hücumu nəticəsində xəsarət alıb.  

Binaya daxil olan etirazçılar ətrafda olan stol, stul və mebeli dağıtmağa başlayıb. Parlament qarşısında polisin sayı gücləndirilib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...