Türkiyə artilleriyası ötən gün Kilis şəhərinin atəşə tutulmasına cavab olaraq Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbələr nəticəsində azı 34 İŞİD üzvü məhv edilib, 6 nəqliyyat vasitəsi və 5 atəş nöqtəsi dağıdılıb.
Ötən gün İŞİD qruplaşmasının Kilisə raket zərbələri endirməsi zamanı azı 2 nəfər xəsarət almışdı.
Vüqar İsmayılov