Modern.az

Azərbaycan Texniki Universitetində “Ekoloji Aksiya”

Azərbaycan Texniki Universitetində “Ekoloji Aksiya”

Təhsil

1 May 2016, 16:30

 

“Bir Tələbə" - Könüllü Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) tələbə, müəllim və əməkdaşların iştirakı ilə “Ekoloji Aksiya” keçirilib. 300-dən çox tələbənin qatıldığı aksiyada məqsəd ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.

Aksiya çərçivəsində 300 ağacın gövdəsi əhənglə ağardılıb və təxminən 2 hektara (ha) yaxın ərazi tikinti tulantılarından təmizlənib.

Bununla yanaşı tələbələr Universitetin həyətində 50 ədəd sərv ağacı da əkiblər.

Qeyd edək ki, “Bir” Tələbə-Köüllü proqramı tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif tədbir və təlimlərdə iştirakının təmin edilməsini nəzərdə tutan bir layihədir.

Proqramın 6 istiqaməti var: “Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al”. Tələbələrin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən Ali təhsil müəsisələrində həyata keçirdiyi “Ekoloji Aksiya” “Bir” Tələbə - Könüllü Proqramının “Yaşa” istiqamətinə əsasən realaşdırılır.  

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...