Modern.az

Deputatdan Qarabağ ÇAĞIRIŞI

Deputatdan Qarabağ ÇAĞIRIŞI

Təhsil

2 May 2016, 11:15


Millət vəkili Qənirə Paşayeva Trabzonda Beynəlxalq Kitab Festivalının açılışında iştirak edib.

Modern.az xəbər verir ki, deputat çıxışında Qarabağla bağlı çağırış edib:

“Bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır.  Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıram, çünki bu çox vacib məsələdir”.

Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə deputat son günlərdə cəbhə bölgəsində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan da danışıb.

“Azərbaycanda və Türkiyədə şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq. Türk dünyası aydınları, şair, yazar və KİV-ləri topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox çatdırmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq».

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən Q.Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. 

“Bölgədə son günlər vəziyyət daha da gərginləşib. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanındadır. Bütün türk dünyası, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını Azərbaycanın və Türkiyənin yanında olmalıdır. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar». 

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin,  aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.

O,  Trabzonun mərkəzi parklarından birinə Qarabağ adının verilməsi, Azərbaycanlı şəhidlərə abidə qoyulması və mərkəzi küçələrdən birinə Azərbaycan adı verilməsi ilə bağlı təklifiərinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb və təşəkkürünü bildirib”.

Q.Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edərik. İnanırıq ki, o gün uzaqda deyil"deyə deputat bildirib.

Q.Paşayeva sonda tədbir iştirakçılarına araşdırmaçı=yazar İmdat Avşarla birlikdə həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını imzalı hədiyyə edib və onları Azərbaycana dəvət edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə