Modern.az

Azərbaycanda polis məntəqəsi partladılıb

Azərbaycanda polis məntəqəsi partladılıb

Təhsil

2 May 2016, 12:37


Mayın 1-də saat 07.30 radələrində  Zaqatala  RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə