Modern.az

Gəncədə dərman satan şəxs YAXALANDI

Gəncədə dərman satan şəxs YAXALANDI

2 May 2016, 13:07


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini Aqil Kazımov 10 ədəd 3 qramlıq güclü təsir edici maddə olan “Lyrica” dərman həbini 50 manata satarkən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib. Məlumata görə, aptekə baxış zamanı əlavə olaraq 153 ədəd ümumi çəkisi 45,9 qramlıq güclü təsir edici maddələr olan “Lyrica” dərman həbi, 220 ədəd “Kontramal” və 40 ədəd “Tramadol” ümumi çəkisi 35 qram olan dərman həbləri aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.  

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə