“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Modern.az saytına verilən məlumata görə, Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Qurum göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edir.
Gülşən RAUFQIZI