Modern.az

Rusiya “çekisti” Qarabağda - VİDEO

Rusiya “çekisti” Qarabağda - VİDEO

Təhsil

2 May 2016, 16:18

Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti, Krımın Rusiyaya ilhaq edilməsində aktiv rol oynayan “Samvel” ləqəbli Armen Martoyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib.

Modern.az xəbər verir ki, 47 yaşlı Martoyan Krım erməniləri adından Qarabağ separatçılarına 1,5 milyon rubl pul və 2 avtomobil hədiyyə edib.

Xatırladaq ki, Armen Martiyan 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı beynəlxalq populyarlıq qazanmışdı.

Özünü Krımın özünümüdafiə dəstələrinin 4-cü alayının komandiri kimi təqdim edən erməni separatçı milyonçu Gennadi Balaşovu, reportyor Osman Paşayevi və Ali Radanın deputatı Aleksey Qonçarenkonu kameralar qarşısında döymüşdü.

Ukraynalı jurnalistlərin araşdırması zamanı özünü hamıya Samvel kimi təqdim edən Armen Martoyanın Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu üzə çıxmışdı.

 




Vüqar İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə