Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bir sıra informasiya agentliklərindən daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, hazırda Respublikamızda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır.
Gülşən RAUFQIZI