Modern.az

Bakıda ər özünü və arvadını doğradı

Bakıda ər özünü və arvadını doğradı

2 May 2016, 17:35

Bu gün Bakıda qanlı hadisə baş verib.

Suraxanı rayon Polis İdarəsindən lent.az -a verilən məlumata görə, Hövsan qəsəbəsində fərdi yaşayış evində yaşayan 45 yaşlı Eldəniz Yusifov bıçaqla həyat yoldaşı 37 yaşlı Ceyhuna Yusifovaya xəsarətlər yetirib.

Xanımının öldüyünü düşünən şəxs daha sonra bıçaqla özünə də ağır xəsarətlər yetirib.

Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə