Modern.az

Rusiya Kubokunu “Zenit” qazandı

 Rusiya Kubokunu “Zenit” qazandı

2 May 2016, 20:14

 

Sankt-Peterburqun “Zenit” futbol klubu Rusiya Kubokunun finalında Moskvanın MOİK komandası ilə qarşılaşıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Tatarıstanın paytaxtı Kazandakı “Kazan-Arena”da baş tutan oyunda şimal paytaxtının təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Bu “Zenit” üçün komandanın tarixində üçüncü qələbədir. 

Ordu klubunun heyətində yeganə qolu 36-cı dəqiqədə Aoron Olanare vurub. Qalib komandanın heyətində isə iki dəfə Xalk (34 və 63 –cü dəqiqələrdə onbir metrlik cərimə zərbəsindən), 55-ci dəqiqədə Aleksandr Kokorin və 70-ci dəqiqədə Artur Yusupov fərqlənib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə