Modern.az

Kral İspaniya parlamentini buraxdı

Kral İspaniya parlamentini buraxdı

Təhsil

3 May 2016, 13:16

İspaniya kralı VI Felipe parlamentin hər iki palatasının buraxılması və iyunu 26-da növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin dekabrında keçirilən seçkilərdən sonra deputatlar baş nazirin namizədliyi barədə yekun qərara gələ bilməmişdilər.

 Partiya fraksiyalarının heç birinin mandat üstünlüyünün olmamasını və razılıq əldə edə bilməməsini nəzərə alan kral VI Felipe yeni seçkilər təyin edib.

Bu demokratik İspaniyanın 40 illik tarixində ilk növbədənkənar seçkilər olacaq.


Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə