Modern.az

Mətbuat Şurasında Heydər Əliyevin xatirəsi anıldı

Mətbuat Şurasında Heydər Əliyevin xatirəsi anıldı

Təhsil

4 May 2016, 11:16



Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə mayın 3-də dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Toplantı Heydər Əliyevin mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. MŞ sədri bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir.

Onun Azərbaycan Milli Ordusunun formalaşmasında böyük xidmətlərindən söz açan Ə.Amaşov Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov Heydər Əliyevin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb.

MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini Məzahir Süleymanzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tanınmış telejurnalist Telli Pənahqızı və digər çıxış edənlər də mərhum prezidentin həyat yolundan söz açıb, onun Azərbaycan mətbuatının inkişafına göstərdiyi tarixi xidmətlərdən, yazarlara olan böyük ehtiramından danışıblar.

Mərasimdə qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Heydər Əliyev şəxsiyyətinin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə