Modern.az

Rus ailəsinin qətli ilə bağlı 4-cü şübhəli həbs olundu

Rus ailəsinin qətli ilə bağlı 4-cü şübhəli həbs olundu

Təhsil

4 May 2016, 11:28

Rusiyanın Sızran şəhərinin keçmiş polis rəisi, polkovnik Andrey Qoştun ailəsinin qətlində şübhəli bilinən 4-cü şəxs də yaxalanıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tacikistanla Əfqanıstanın sərhədində yaxalanan Məhmədəli Əhmədov qətli törədən 2 azərbaycanlını hadisə yerinə gətirib.

Artıq o, təyyarə ilə Tacikistandan Moskvaya, oradan isə Sızran şəhərinə gətirilib.

Andrey Qoşt və onun 5 ailə üzvünün qətli aprelin 24-nə keçən gecə İvaşevka kəndində baş verib.

Cinayətdə şübhəli olaraq 3 azərbaycanlı – Orxan Zöhrabov, Roman Fətəliyev və İslam Babayev həbs olunub.  

Vüqar İsmayılov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə