Modern.az

Bakıda iki musiqi məktəbinə təyinat oldu

Bakıda iki musiqi məktəbinə təyinat oldu

Təhsil

4 May 2016, 16:58

Bakıda iki musiqi məktəbində kadr dəyişikliyi baş tutub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən,  25 və 30 nömrəli uşaq musiqi məktəblərində direktor müavini vəzifələrinə təyinatlar olub.

İdarədən Modern.az-a verilən xəbərə görə, R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova təyin edilib.

Müvafiq əmrlə 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva gətirilib.

Ağa AKiFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə