Modern.az

Ordu üçün sursat və mərmilərin əlavə ehtiyatı yaradılır - Foto, video

Ordu üçün sursat və mərmilərin əlavə ehtiyatı yaradılır - Foto, video

Təhsil

4 May 2016, 20:02

 

Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilən sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulan hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

 

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə