Modern.az

Çempionlar Liqasının hər iki finalçısı məlumdur

Çempionlar Liqasının hər iki finalçısı məlumdur

Təhsil

5 May 2016, 00:58


Mayın 4-dən 5-nə keçən gecə Çempionlar Liqasının ikinci yarımfinalının cavab qarşılaşması keçirilib.  Modern.az saytı xəbər verir ki, Madrid "Real"ı İngiltərə təmsilçisi "Mançester Siti"ni qəbul edib.  

İspanlar bu oyunda da qalib gəliblər - 1:0.  Beləliklə, "Real Madrid" Çempionlar Liqasının finalına yüksəlib.  

Xatırladaq ki, dünən Almaniyada Çempionlar Liqasının ilk finalçısı məlum olub, bu, "Atletiko Madrid"dir.

Mayın 28-də Milan şəhərində ÇL-nın finalında iki Madrid komandası qarşılaşacaq - "Real" və "Atletiko".

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə