Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Birliyinə səslənib .
Modern.az Türkliyə KİV-nə istinadən xəbər verir ki, prezident Brüssellə viza sazişinin ləğv olunması qarşılığında ölkəsinin antitrerror qanunlarına heç bir dəyişiklik etməyəcəyini deyib.
“Avropa Birliyi bizdən antiterror qanunlarını dəyişməyi xahiş edib. Bağışlayın, amma biz öz yolumuzla gedirik, siz isə öz yolunuzla”.
Avropa komissiyası Türkiyənin 5 şərti yerinə yetirəcəyi halda Ankara ilə viza rejiminin ləğvini tövsiyyə etmişdi.
Bu təkliflər içində - korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, Avropolla operativ razılaşma əldə olunması, bütün Avropa ölkələri ilə məhkəmə sistemi çərçivəsində əməkdaşlıq və terrorizm qanunvericliyinin dəyişdirilməsi vardı.
Vüqar İsmayılov