Modern.az

"BakuBus" MMC yeni marşrut xətti açır

"BakuBus" MMC  yeni marşrut xətti açır

Təhsil

7 May 2016, 20:33

 

"BakuBus" MMC mayın 9-10-da sınaq rejimində 9 nömrəli avtobus marşrut xəttini buraxır. Modern.az saytı xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, ilk iki sinaq günündə 8 avtobus xəttə buraxılacaq, üçüncü gündə artıq normal rejimdə işə başlayacaq.

Avtobusların gediş istiqaməti belə olacaq: Təkrar Metal Zavodu (Çermet) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbayıl meydanı - Su İdman Mərkəzi.

Nuridə Allahyarovanın sözlərinə görə, qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu (Çermet).

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə