Avtobus yanacaq daşıyan maşınla toqquşub: 50 nəfər ölüb | Modern.az
Digər
Avtobus yanacaq daşıyan maşınla toqquşub: 50 nəfər ölüb
Təhsil
8 May 2016, 13:34
Əfqanıstanda sərnişin avtobusu və yanacaq daşıyan maşının iştirakı ilə dəhşətli qəza baş verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ən azı 50 nəfərin öldüyü bildirilir.
Hadisə Kabil-Qəndahar yolunda qeydə alınıb. Hazırda qəza baş verən ərazidə fövqəladə xidmət araşdırma aparır. Modern.az