Modern.az

Rus səfir erməniləri pərt elədi: "Sübut edin ki..”

Rus səfir erməniləri pərt elədi: "Sübut edin ki..”

Təhsil

9 May 2016, 12:43

 

“Heç bir silahla Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz. Münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır”.  

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni jurnalistlərə Rusiyanın Yerevandakı səfiri İvan Volınkin bildirib.  

Diplomat Rusiyanın Azərbaycanı silahlandırması ilə bağlı media nümayəndələrinin israrlı suallarına isə özünəxsus tərzdə cavab verib.

“Mənə Rusiyanın Azərbaycanı silahlandırması  bağlı məlumatlar, sənədlər göstərin, bunu sübut edin. Rusiya həm Azərbaycana həm də Ermənistana silah satır”  

Aqşin Kərimov      

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə