Modern.az

Füzulidə Heydər Əliyevin doğum günü qeyd olundu

Füzulidə Heydər Əliyevin doğum günü qeyd olundu

Təhsil

10 May 2016, 14:35

Horadiz şəhərində Heydər Parkında mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilib.  Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 3000 nəfərin iştirak etdiyi təbirdə öncə Heydər Əliyevin abidəsi ziyarət olunub.

Sonra tədbir iştirakçıları Heydər Parkında təşkil olunmuş gül kompozisiyaları, kitab sərgisi və əl işləri ilə tanış olublar.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Alı Alıyev bildirib ki, Heydər Əliyevin doğum gününün Füzulidə keçirilməsi artıq bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən bu gün hər bir füzulilinin qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.

Alı Alıyev deyib: “Ulu öndər Heydər Əliyevin yubileyi ərəfəsində füzulili məcburi köçkünlər də ölkə başçısı cənab İlham Əliyevi əmin etmək istəyir ki, müstəqil Azərbaycanın əbədi və dönməzliyi yolunda Ulu öndərin vəsiyyətlərinin yerinə yetirilməsinə bütün xalqımız kimi füzulilər də yorulmadan, var qüvvələri ilə çalışacaq, Heydər Əliyevin ölməz əməllərini nəsildən-nəsilə keçirəcəklər.”

Heydər Əliyevin anadan olmasının 93-cü ili ərəfəsində Füzuli rayonu ərazisində iməciliklər keçirilib, çoxlu sayda ağac əkilib, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb.

Tədbir Heydər parkında gəzinti ilə davam etdirilib.







Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə