Modern.az

Putin Azərbaycana gəlir - Xəbər təsdiqlənir

Putin Azərbaycana gəlir - Xəbər təsdiqlənir

Təhsil

10 May 2016, 15:35


Rusiya prezidenti Vladimir Putinin mayın sonunda Azərbaycana səfər edəcəyi barədə xəbər təsdiqlənir.

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyi də məlumat yayıb.

“Səfərin məqsədi, çox güman ki, Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq”, - mənbə “İnterfaks-Azərbaycan”a bildirib.

Putinin Yeravana da səfər edəcəyi istisna edilmir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə