Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda səfərdə olan Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti Saki Kosugini qəbul edib.
Heydər Əliyevin doğum gününə təşrif buyuran qonaq Azərbaycan-Yaponiya dostluğunun muasir mərhələdəki miqyası və gələcək perspektivlərindən söhbət açıb.
H.Rəcəbli Ermənistan-Azəbaycan, Qarabağ münaqişəsi həqiqətlərini qonağa bir daha əyani şəkildə çatdırıb.
Xatırladaq ki, Hadi Rəcəbli və Saki Kosugi Azərbaycan-Yaponiya dostluq qrupunun üzvüdürlər.
Komitə sədri Kosugiyə Azərbaycanın gerbi olan xatirə hədiyyəsi təqdim edib.
“Kosugi Zohen Co” şirkəti Kosugi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində təsis edilib. Ailə 300 ildən artıq müddətdə landşaft dizaynı və landşaft qurma işi ilə məşğuldur.
“Kosugi Zohen Co” şirkəti Bakının Xətai rayonunda və İsmayıllı rayonunda yaşıllıq parkları salıb. Qonaq onun rəhberliyi ilə Bakinin Xətai rayonunda salınmış Heydər parkının Yapon bağı guşəsinə baxıb.
Qonaqlar Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzüb, parkda ağac əkiblər. Söhbət əsnasında Tokio şəhəri ətrafında 2 hektar sahədə Heydər Əliyev parkının salınması və Hüseynbala Mirələmovun H.Əliyevin həyatından bəhs ədən kitabının yapon dilində çap olunması idayası da müzakirə olunub.
Modern.az