Modern.az

Stalinin dünən qoyulan abidəsi bu gün söküldü

 Stalinin dünən qoyulan abidəsi bu gün söküldü

Təhsil

10 May 2016, 21:35

 

Gürcsüstanın Ateni kəndinsə İosif Stalinə mayın 9-da qanunsuz quraşdırılan abidəsini  bələdiyyə işçiləri söküblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hakimiyyət nümayəndələri xatırladıblarki, Gürcüstanda sovet, eləcə də faşist və nasist rəmzləri qanunla qadağandır və qadağaya sovet liderlərinin abidələri də daxildir.

Abidənin qoyulmasının təşəbbüsçüsü olan yerli sakinlər bələdiyyənin bu fəaliyyətinə etiraq ediblər, ancaq onun sökülməsinə mane olmayıblar.

Mayın 9-da gecə isə yenicə quraşdırılan abidəni naməluç şəxslər qırmızı rənglə boyayıblar.

Stalinin sovet vaxtına Ateni kəndində qoyulan və 70 ildən çox qalan  bundan əvvəlki abidəsi 2009-cu ildə, Gürcüstanın işğal əleyhinə qanun qəbul etməsindən dərhal sonra sökülüb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə