Modern.az

Çempionlar Liqası finalını ingilis hakim idarə edəcək

 Çempionlar Liqası finalını ingilis hakim idarə edəcək

Təhsil

10 May 2016, 22:26

 

UEFA iki İspaniya nəhəngi “Real” Madrid ilə “Atletiko” Madrid arasında oynanacaq Çempionlar Liqası finalını idarə edəcək hakimi açıqlayıb. Modern.az xarici mediayaistinadən bildirir ki, bu nəhəng qarşılaşmada İngiltərə Futbol Federasiyasından Mark Klattenburq baş hakim olacaq.

Klattenburq bu mövsüm 6 Çempionlar Liqası qarşılaşmasına təyinat alıb.

İngilis hakim daha əvvəl “Atletiko”nun iki, “Real”ın isə bir qarşılaşmasını idarə edib.

Final mayın 28-də İtaliyanın Milan şəhərindəki “San Siro” stadionunda oynanacaq. “Liverpul” ilə “Sevilya” komandaları arasında oynanacaq olan Avropa Liqası finalını isə isveçli hakim Jonas Eriksson idarə edəcək.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə