Modern.az

Sekuta niyə cəbhə bölgəsinə getmədi? – ABŞ səfirliyindən AÇIQLAMA

Sekuta niyə cəbhə bölgəsinə getmədi? – ABŞ səfirliyindən AÇIQLAMA

Təhsil

11 May 2016, 10:15

Ötən həftə  Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki rayon və kəndlərdə oldular.

ATƏT-in Minks qrupunun həmsədr ölkələrindən olan Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxinin cəbhə bölgəsinə getməsi xüsusilə diqqəti cəlb etdi.

Lakin ABŞ və Fransa səfir səviyyəsində bu səfərdə iştirak etmədi.

Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az saytına açıqlama verilib

“ABŞ səfirliyinin müdafiə attaşesi, polkovnik Keits Felter və Siyasi əlaqələri şöbəsinin rəhbəri Zia Syed bu səfərdə təmsil olunmuşdu.

 Bizim açıqlamamız bundan ibarətdir və artıq şərh vermək istəmirik”,-deyə bildirilib.

Qeyd edək ki, Amerikanın Azərbaycandakı səfiri Robert Sekutadır.

Aqşin KƏRİMOV  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə