İlan zəhəri satmaq istəyən şəxslər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Belə ki, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1540 manata satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.Gülşən RAUFQIZI