Modern.az

Penitensiar Xidmətin mətbuat katibi işdən çıxdı

Penitensiar Xidmətin mətbuat katibi işdən çıxdı

Təhsil

12 May 2016, 14:14

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov işindən ayrılıb. Modern.az saytı xəbər verir ki, bu haqda Y.İsakov özü məlumat yayıb.

“Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar Xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı.

Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub”.

Y.İsakov  bir müddət əvvəl fəaliyyətini dondurduğu Press24.az saytını bərpa etmək fikrində olduğunu qeyd edib.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə