Modern.az

İranlı nazir Bakıya gəlir

İranlı nazir Bakıya gəlir

Təhsil

12 May 2016, 14:39


İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub.

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin və İranın aqrar sahə üzrə özəl sektorunu təmsil edən bir qrup iş adamının cari ilin 15-17 may tarixlərində Azərbaycana səfəri nəzərdə tutulub.

Səfər çərçivəsində qonaq Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyini ziyarət edəcək.

İranın kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində geniş tərkibdə görüşü, ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirə olunması, həmçinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, səfər çərçivəsində İranın Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən iş adamlarının iştirakı ilə birgə Biznes Forumu keçiriləcək və Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu səviyyəsində müzakirələr aparılacaqdır. Həmçinin nümayəndə heyətinin digər nazirlik və qurumlarda da görüşləri nəzərdə tutulub.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə