Azərbaycan Texniki Universiteti "SABAH" qruplarının tələbələri görkəmli dövlət xadimi, mərhum eks-prezident Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin adını daşıyan zirvəyə yürüş ediblər.
Universitetdən Modern.az-a verilən məlumata görə, yürüşdə AzTU-nun SABAH qruplarından 6 tələbə iştirak edib. Tələbələrin hər biri 3751 metr hündürlükdə yerləşən zirvəni fəth etməyə nail olub.
Heydər ƏIliyevin xatirəsinə ehtiram əlaməti olaraq zirvədə Azərbaycan Respublikasının bayrağı ilə yanaşı "SABAH" qruplarının da bayrağı dalğalandırılıb.
İştirakçılar Azərbaycan Respublikasının dövlət himinini oxuyub və Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.