Modern.az

“Məzunların buraxılış imtahanlarındakı nəticələri 14% artıb”

“Məzunların buraxılış imtahanlarındakı nəticələri 14% artıb”

Təhsil

14 İyun 2016, 12:27


"Son 3 il ərzində Azərbaycanın ümumtəhsil məktəblərinin IX sinif məzunlarının buraxılış imtahanlarındakı nəticələri dayanıqlı olaraq 14% artıb".

Modern.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu da kifayət qədər yüksək dinamikanın göstəricisidir: “Buraxılış imtahanlarının təhlili bizə imkan verir ki, təhsil sistemində və tədrisdə vəziyyətin necə olması, hansı bölgələr, məktəblər, fənlər üzrə nəticələrin uğurlu və ya problemli olduğunu bilək.

Buraxılış imtahanlarının nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim ediləndən sonra tərəfindən təhlil edilir. Bu il üçün nəticələr hələ Təhsil Nazirliyinə təqdim edilməyib. Qanunvericiliyə əsasən, buraxılış imtahanları ilə bağlı məlumatlar bizə təqdim edilməlidir”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə