Modern.az

İş yerini dəyişən müəllimlər iyunun 16-da imtahan verəcəklər  

İş yerini dəyişən müəllimlər iyunun 16-da imtahan verəcəklər   

Təhsil

14 İyun 2016, 13:06

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarının vaxtı açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları iyunun 16-17-də keçiriləcək. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir. İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə