Modern.az

Vurğun Əyyub Hatəmi HAQDA: “Yollarımız ayrıldı”

Vurğun Əyyub Hatəmi HAQDA: “Yollarımız ayrıldı”

Aktual

14 İyun 2016, 17:18

Milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkin 81 yaşında dünyasını dəyişib. O, bu gün Bülbülə kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn edilib.

 

Vaxtilə mərhumla eyni cəbhədə olan Vurğun Əyyub Modern.az-a açıqlamasında danışıb.  O, xatirələrini bölüşərkən deyib ki, dünyasını dəyişən adam haqqında pis nəsə danışmaq istəmir.

 

“Təbii ki, Məhəmməd Hatəminin də bir çox işlərdə xidmətləri olub. “Çənlibel” təşkilatının qurucusu olub. Hətta, biz bir müddət  yoldaşlıq da etmişik. 1989-cu ildə meydan hərəkatının bir illiyi qeyd olunandan sonra yollarımız ayrıldı. O illərdən sonra onunla görüşdüyüm  yadıma gəlmir”.

 

Vurğun Əyyubun sözlərinə görə o, heç vaxt Məhəmməd Hatəminin barəsində dediklərinə  cavab verməyib.

 

“Kitabında haqqımda yalan və böhtanlar yazmasına baxmayaraq, heç birinə cavab verməmişəm. Azərabycanda millətçilik duyğusunun formalaşdırılmasında rolu olub. Amma siyasi baxımdan bir çox məsələlərdə fikir ayrılığımız olub. Ümumiyyətlə, başqalarının zəhmətini yerə vurub böhtan atan adamları sevmirəm. Ona görə də 1989-cu ildən sonra Məhəmməd Hatəmi Tantəkinlə  münasibətlərimiz olmayıb”

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!