Oktyabrın 27-də Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Modern.az-a Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verərək qeyd edib ki, Media Mərkəzi Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq.
“Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən KİV-nin vəziyyətinin təhlili onu göstərir ki bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcuddur. Rayon qəzetlərinin maddi texniki bazasının zəifliyi, peşərarlığın aşağı səviyyədə olması vətəndaş cəmiyyətinin mühüm elementi olan fikir, söz məlumat azadlığının inkişafına mane olur. Regional qəzet redaksiyaları qəzetlərin yığılmasında, səhifələnməsində, maketinin qurulmasında və capında ciddi cətinlik cəkirlər. Bölgə qəzetlərin əksəriyyətində müvafiq texniki vasitələr yoxdur və qəzetin yığılması ücün lazımi avadanlığa malik deyillər. Bu avadanlıq isə bahadır və bölgə qəzetlərinin onu əldə etmək imkanı yoxdur”-deyə X. İbadov bildirib.
Region qəzetlərinin texniki bazasının modernləşdirilməsi informasiya məkanında inkişaf ücün ciddi stimul ola bilər. “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsinin məqsədi Cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməkdir. Eyni zamanda yerli mətbuata və bölgədə işləyən jurnalistlərə texniki vasitələri təqdim etməklə onların bu sahədə problemlərini aradan qaldırmaqdır.
Bu baxımdan KİV-ə Dövlət Dəstəyi Fondunun yardımı ilə AJB-nin bölgədə yerli qəzetlərin bu istiqamətdə işlərinin təşkil edilməsinə kömək ücün açdığı müasir texniki imkanlara malik kompüter mərkəzi yerli jurnalistlərə işlərinin qurulmasında yardımçı olacaq.
Layihə çərçivəsində jurnalistlərin Media Resurs Mərkəzi yaradılacaq, media Resurs Mərkəzinin nəzdində jurnalistlərin sərbəst istifadə edə biləcəyi media ilə bağlı kitabxana açılacaq. Eyni zamanda Resurs Mərkəzində bölgə qəzetlərinin səhifələnməsi və bu sıradan digər texniki problemlərini həll etmək ücün kompüter mərkəzi yaradılacaq. Yerli jurnalistlərin informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün pulsuz internet klub yaradılacaq, müxtəlif dövlət və qeyri dövlət təşkilatlarını vacib tədbirlərin keçirilməsi, ayrı-ayrı mövzulara dair konfransların təşkili üçün Media Klubu təşkil etdiləcək. AJB Media Resurs Mərkəzinin konfrans zalından yerli media strukturları, jurnalistlər, QHT-lər, ictimai təşkilatlar pulsuz istifadə edəcəklər.