Modern.az

"Ən operativ mətbuat xidməti hansıdır?" sorğusuna start verildi

"Ən operativ mətbuat xidməti hansıdır?" sorğusuna start verildi

Qarabağ

25 Yanvar 2011, 10:36

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. İkinci dəfə həyata keçirilən  rəy sorğusu  2009-cu il noyabr ayından  “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir.
Qurumdan Modern.az-a bildirlib ki, sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyətilə reallaşdırılacaq. Bununla yanaşı sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına  və  xüsusən də  jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Rəy sorgusu  fondun könüllüləri tərəfindən  həyata keçiriləcək. Sorğunun  KİV-lərdə çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur. Nəticələr barəsində geniş ictimaiyyətə məlumat veriləcək.

SAMF  KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılması,  media-mətbuat xidməti əməkdaşları arasındakı münasibətlərin əsl mənzərəsinin sorğuda öz əksini tapması üçün mümkün köməkliklərini əsirgəməməyi xahiş edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı