Modern.az

Milli Məclisdə yenidən akreditasiya üçün 46 jurnalist müraciət edib

Milli Məclisdə yenidən akreditasiya üçün 46 jurnalist müraciət edib

Media

25 Yanvar 2011, 13:24

Milli Məclisin yaz sessiyasında akreditə olunmaq üçün indiyədək 46 media qurumu tərəfindən müraciət olunub. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, proses hələ başa çatmayıb.

Milli Məclisin sözçüsü qeyd edib ki, dəfələrlə media mənsublarından akreditə olunmaq üçün məktubların vaxtında çatdırılmasını xahiş etsələr də, bu məsələdə hələ də gecikmələr var: “Dəfələrlə bəyan etmişik ki, yaz sessiyasına akreditə üçün məktub yanvarın 15-dən gec olmayaraq, qış sessiyasına isə sentyabrın 15-dən gec olmayaraq bizə çardırılmalıdır. Təəssüf ki, bəzi media qurumları buna əməl etmirlər. Ona görə bildiririk ki, akreditə məktublarının gecikməsi səbəbindən ortaya çıxacaq hər hansı məsələyə  görə biz problem yaradan tərəf olmayacağıq”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi