Modern.az

Şəmkirdə dəmiryol vağzalı yandı

Şəmkirdə dəmiryol vağzalı yandı

26 Yanvar 2011, 12:15


Ötən gecə Şəmkir rayonunun Dəllər stansiyasında güclü yanğın hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, hadisə nəticəsində dəmir yol vağzalının 350 kvadratmetr sahəsi yanıb. Alov güclü olduğundan hadisə yerinə Gəncədən də yanğınsöndürən maşınlar cəlb edilib.
Yanğının səbəbləri araşdırılır. Hadisədə ölən və yaralanan olmayıb.

Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI