Modern.az

Bakıda tələbələrin beynəlxalq tədbiri keçiriləcək

Bakıda tələbələrin beynəlxalq tədbiri keçiriləcək

27 Yanvar 2011, 11:51

Taylandın Bankok şəhərində İAESTE təşkilatının 64-cü İllik Konfransı keçirilib. Konfransda ölkəmizi Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli təmsil etdib. Konfrans 21-27 yanvar 2011-ci il tarixlərində müxtəlif fəaliyyətləri özündə birləşdirərək 80-dən çox ölkədən 250 nümayəndənin iştirakı ilə baş tutub.

Modern.az-a verilən məlumata görə, konfransın ikinci günündə 2010-cu ilin yanvar ayında təşkilata yerli nümayəndə olaraq qəbul edilmiş Azərbaycan Tələbələr Birliyi 1 il ərzində daha bir mühüm uğura imza atıb. Belə ki, təşkilatın tam hüquqlu üzvlərinin səsverməsi ilə Azərbaycan Tələbələr Birliyi assosiativ üzv olaraq qəbul edilib. Bununla yanaşı, Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə III Asiya İAESTE Forumunun 2011-ci ilin noyabr ayında Bakıda keçirilməsi qərarı alınıb. Xatırladaq ki, əvvəlki 2 Forumdan birincisi Çində, ikincisi isə Suriya Təhsil Nazirliyinin təşkilatçılığı ilə Suriyada keçirilib.

Konfransın mühüm tədbirlərindən biri də beynəlxalq axşamdır. Beynəlxalq axşam tədbirin sonuncu günü keçirilmiş mərasimdə 300 nümayəndənin iştirakı ilə 80-dən çox ölkənin mədəniyyəti, incəsənəti, kulinariyası və geyimlərinin nümayişi ilə baş tutub.

Əsas məqsədi müxtəlif ölkələr arasında tələbələrin təcrübə mübadiləsini təşkil etmək olan İAESTE təşkilatının İngiltərədən olan üzvü kimi British Council, Almaniya üzrə DAAD, Argentina, Belarus, Suriya üzrə isə müvafiq ölkələrin Təhsil nazirliklərini göstərmək olar. Təşkilata 86-cı olkə olaraq qəbul edilən Azərbaycanı isə qurumda Azərbaycan Tələbələr Birliyi təmsil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir