Modern.az

Akif Nağı: "QAT qədər aksiya keçirən ikinci təşkilat yoxdu"

Akif Nağı: "QAT qədər aksiya keçirən ikinci təşkilat yoxdu"

Qarabağ

27 Yanvar 2011, 17:10

Təşkilat müharibənin başlanmasını tələb edir

Qarabağ Azadlıq Təşkilatının əsas tələbi Ermənistana qarşı muharibənin başlanmasıdı”. Bu barədə Modern.az-a QAT sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, bunula bağlı təşkilatın aksiyaları keçirilib və aparılan işlər davam edir.
QAT-ın fəaliyyətindəki son zamanlar müşahidə olunun passivliklə bağlı deyilənləri bölüşməyən A.Nağı vurğulayıb ki, onlar gündəmdə qalmaq üçün aksiya keçirmirlər.

“QAT uzun müddət davamlı şəkildə Minsk Qrupunun buraxılmasının tələbi ilə Xarici İşlər Nazirliyinin, beynəlxalq təşkilatların qarşısında aksiyaları olub. Biz  onun ləğvinə nail ola bilmədik, amma Azərbaycanda cəmiyyət arasında artıq belə bir fikir formalaşdı ki, Minsk Qrupu buraxılmalıdı”.

Akif  Nağının sözlərinə görə, son bir ildə Azərbaycan cəmiyyətində QAT qədər aksiya keçirən ikinci bir təşkilat nəzərə çarpmayıb.

“Cəmiyyətdə QAT-a ciddi bir inam var. Mən bunu parlament seçkilərində seçicilərlə görüşüm zamanı da müşahidə etdim. Keçirilən görüşlərdən əyani şəkildə gördüm ki, Azərbaycanda ən çox etibar edilən və inanılan təşkilatlardan birincisi QAT-dı”-deyə o vurğulayıb.

A.Nağı deyib ki, son zamanlar cəmiyyətdə gedən prosesləri izləyirlər, görürlər ki, partiyalar dağılır, qeyri-hökümət təşkilatların fəaliyyətindən heç danışmağa belə dəyməz:
“Belə bir vəziyyətə baxanda QAT-nın fəaliyyəti yaxşıdı. QAT-ın ilk baxışdan zəif görüntüsü cəmiyyətdə gedən ümümi proseslərlə bağlıdı”

A.Nağı onu da  bildirib ki, təşkilatın zəiflənməsindən və yaxud güclənməsindən aslı olmayaraq,  rəhbərliyin dəyişməsi istənilən vaxt mümkündür.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı