Modern.az

Erməni vəhşiliyindən bəhs edən sayt istifadəyə verildi

Erməni vəhşiliyindən bəhs edən sayt istifadəyə verildi

Qarabağ

27 Yanvar 2011, 17:14

Jurnalist Araşdırmaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Erməni əsirliyində və girovluğunda olmuş azərbaycanlılarla insanlığa sığmayan davranış faktları barədə beynəlxalq aləmin məlumatlandırılması" adlı layihənin icrasını başa çatdırıb. Bu barədə Modern.az-a layihənin dariktoru Seymur Verdizadə məlumat verib.

S

S.Verdizadə qeyd edib ki, layihə çərçivəsində www.azerihostage.com adlı sayt yaradılıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda erməni əsirliyində və girovluğunda olmuş soydaşlarımızın məruz qaldıqları işgəncə faktları barədə geniş və statistik məlumatlar, şahid ifadələri yerləşdirilib. Saytda həmçinin erməni vandalizmini əks etdirən video görüntülər və fotolar da yer alır.

S.Verdizadə saytın təkmilləşdirilməsi istiqamətində səyləri davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, gələcəkdə saytın rus, fransız və alman dillərində də fəaliyyət göstərməsi nəzərdə tutulur və hazırda JAM bu istiqamətdə iş aparır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar