Modern.az

DİN-in müvəqqəti saxlama yerləri monitorinq olunur

DİN-in müvəqqəti saxlama yerləri monitorinq olunur

Qarabağ

28 Yanvar 2011, 11:32

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi  “Daxili İşlər Nazirliyinin tabeçiliyində olan müvəqqəti saxlama yerlərinin monitorinqi” layihəsinin icrasına başlayıb. Qurumdan Modern.az-a verilən məlumata görə, layihənin məqsədi müvəqqəti saxlama təcridxanalarında qanunvericiliyin tələblərinə uyğun olaraq tutulmuş şəxslərin saxlanılma müddətlərinə riayyət olunmasının, saxlanma şəraitinin standartlara uyğunluğunun, habelə bu şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsidir.

Binəqədi Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında keçirilmiş ilk monitorinqi  təşkilatın icraçı direktoru Elçin Salmanov və hüquqşunas Rüstəm Əliyev tərəfindən aparılıb. Monitorinq zamanı tutulmuş şəxslərlə görüşlər keçirilmiş, saxlanma şəraiti və saxlanılanların hüquqlarının qorunması vəziyyəti incələnib.

Layihə 2011-ci ilin birinci rübünü əhatə edəcək. Monitorinqlərin Bakının Binəqədi, Nəsimi, Xəzər, Yasamal, Xətai və Nərimanov Rayon Polis İdarələrində, eləcə də  Kürdəmir, Şamaxı, Cəlilabad, Göyçay və Quba Rayonlarının Polis Şöbələrinin müvəqqəti saxlama yerlərində keçirilməsi nəzərdə tutulub.

Monitorinqin nəticələrinə dair hesabat, habelə aşkar edilmiş çatışmamazlıqlar, mövcud problemlər, eləcə də təşkilatın bu barədə təklif və tövsiyyələri layihənin sonunda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi  bu istiqamətdə 2006-cı ildə də bu tipli  layihə reallaşdırıb. ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə icra edilmiş həmin layihənin yekunu olaraq müvafiq hesabat hazırlanmış və Daxili İşlər Nazirliyinə, ABŞ Dövlət Departamentinə hesabat təqdim edilmiş və bu hesabat mətbuat konfransı vasitəsilə ictimaiyyətə açıqlanmışdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi