Modern.az

Tağı Şahbazi Simurqla başlayan 88 yaşlı “Azərbaycan”...

Tağı Şahbazi Simurqla başlayan 88 yaşlı “Azərbaycan”...

Media

28 Yanvar 2011, 12:51

Modern.az saytının mlumatına görə, bu gün “Azərbaycan” jurnalının 88 yaşı tamam olub. 1923-cü ilin yanvar ayının 28-də “Maarif və Mədəniyyət” adı ilə işıq üzü görən jurnalın ilk redaktoru yazıçı Tağı Şahbazi Simurq olub.

Jurnalın əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.

Jurnalın “Azərbaycan” adı ilə nəşri isə 1953-cü ilə təsadüf edir. Həmin vaxta qədər isə jurnal  müxtəlif vaxtlarda müxtəlif adlarla nəşr olunub.

“Maarif və mədəniyyət” – 1923-1927

“İnqilab və mədəniyyət” – 1928-1936

“Revolyusiya və kultura” – 1936-1941

“Vətən uğrunda” – 1941-1946

“İnqilab və mədəniyyət” – 1946-1952

1953-cü ildən bu günə kimi isə “Azərbaycan” jurnalı öz adını qoruyub saxlayıb.

Azərbaycan mətbuatında  88 illik tarixi olan jurnala müxtəlif zamanlarda cəmiyyətdə söz sahibi olan, məşhur simalar redaktorluq ediblər. Bunalara örnək olaraq Tağı Şahbazi Simurqu, Cəlil Məmmədquluzadəni, Ruhulla Axundovu, Hacıbaba Nəzərlini, Mirzə İbrahimovu, Məmməd Arifi, Mehdi Hüseyni, Qılman Musayevi, İsmayıl Şıxlını, Əkrəm Əylislini, Cabir Novruzu, Yusif Səmədoğlunu və başqalarını göstərmək olar.

1997-ci ildən isə “Azərbaycan” jurnalının redaktoru İntiqam Qasımzadədir.

Jurnalın Sovet dönəmində 72 min tirajla çıxdığı vaxtlar olub. Amma indi Azərbaycan jurnalının tirajı 1000 nüsxədir.

Aytən ƏLIYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı