Modern.az

“Hər şey müharibə üçün, hər şey qələbə üçün!”

“Hər şey müharibə üçün, hər şey qələbə üçün!”

28 Yanvar 2011, 15:00

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” şüarı altında Gənclər Forumu keçirilib.

Təşklatın sədr müavini İlqar Əliyev Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərinin qaytarılması istiqamətində aparılan danışıqların nəticəsiz olacağına əminliyini vurğulayıb. Bu məsələ ilə bağlı prosesə münasibət bildirən İlqar Əliyev deyib ki, müharibədə itirilən torpaqların qansız qaytarılması tarix boyu görünməyib:
“İndiki gənclik bu problemin gələcək nəsillərə miras qoyulmasının əleyhinə olmalıdır. Torpaqlarımızı qanla alacağıq”.

QAT sədri Akif Nağı isə deyib ki, Azərbaycan gəncləri münaqişənin həlli ilə bağlı öz mövqeyini açıq şəkildə cəmiyyətə söyləməlidir: “Gənclər öz aralarında əməkdaşlıq formaları axtarmalı, o cümlədən ideoloji baxımdan fərqləri nəzərə almadan müharibəyə hazır olduqları barədə cəmiyyətə ismarış göndərməlidirlər. Torpaqlarımızın işğaldan azad olunmasının başqa yolu yoxdur”.

Tədbirin sonunda forum adından bəyanat qəbul edilib. Bəyanatda Azərbaycanın beynəlxalq vasitəçilərdən imtina etməsi, birmənalı şəkildə hərb yolunun seçilməsi, və Azərbaycan gənclərinin müharibəyə hazır olması əks olunub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir