Modern.az

İxtisas seçən abituriyentlərin sayı bu qədərdir - STATİSTİKA

İxtisas seçən abituriyentlərin sayı bu qədərdir - STATİSTİKA

Təhsil

5 Avqust 2016, 12:18

“İyulun 29-dən bu saata qədər ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına 24.863 abituriyent qeydiyyatdan keçib”.

Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

TQDK-dan deyilib ki, bu saata qədər qeydiyyatdan keçənlər içərisində ən çox I ixtisas qrupu üzrə Azərbaycan bölməsində (8359 nəfər)  müşahidə olunur.

O da bildirilib ki, bu saata ali təhsil müəssisələrinə ən az qeydiyyatdan keçən abituriyentlər rus bölməsi üzrə IV ixtisas qrupundadır.

Belə ki, rusdilli abituriyentlərdən 113 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, TQDK I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini iyulun 29-dən avqustun10-na kimi aparır.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına bu saata olan qeydiyyat statistikasının cədvəlini təqdim edirik:

 

 

İxtisas qrupları

 

B o l m ə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

8359

6258

5888

2041

22546

Rus

841

833

530

113

2317

Cəmi

9200

7091

6418

2154

24863

     

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə