Modern.az

Milli Şura üzvləri Fəxri Xiyabanda... (Fotosessiya)

Milli Şura üzvləri Fəxri Xiyabanda... (Fotosessiya)

Qarabağ

31 Yanvar 2011, 20:30


Gənclər Təşkilatı Milli Şurasının (GTMŞ) sədri Fuad Muradov, təşkilatın kollektivi və Milli Şuraya üzv olan təşkilatların nümayəndələri bu gün Fəxri xiyabanı ziyarət ediblər.
Şuradan Modern.az-a bildirilib:

“Milli Şuranın sədri Fuad Muradovun rəhbərliyi altında gənclər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə tər güllər düzülüb. Görkəmli oftalmoloq alim Zərifə xanın Əliyevanın məzarı da ziyarət edilib”.

Milli Şuranın kollektivi Şəhidlər xiyabanını da ziyarət edib. Gənclər Vətənin azadlığı uğrunda canlarını fəda etmiş soydaşlarımızın xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Qeyd edək ki, bir neçə gündən sonra GTMŞ 15 illik yubileyini qeyd etməyə hazırlaşır.

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir