Modern.az

Almaniyalı universitet tələbəsi Bakıya niyə gəlib?

Almaniyalı universitet tələbəsi Bakıya niyə gəlib?

1 Fevral 2011, 12:04

Ötən il Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memoranduma uyğun olaraq ölkəmizdə təhqiqat aparmaq üçün ilk tələbə - Mariya Heynk Azərbaycana gəlib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. O, Mariya Heynkin BAMF-da 2011-ci il, aprelin 2-nə qədər könüllü olaraq fəaliyyət göstərəcəyini deyib. M.Heynkin müstəqillik qazanmış ölkələrin, xüsusən də keçmiş Sovet ölkələrinin inkişafı ilə dərindən maraqlanır. O, hökumətlərin konfliktlərin həll yolları, əgər konfliktlər müharibələrə gətirib çıxararsa sonra nə baş verər biləcəyini, əhalinin bütün bunlara münasibətini, baş verənlərin onların həyatına necə təsir etdiyini araşdıracaq. Tələbə könüllü həmçinin, Dağlıq Qarabağ problemi, bu problem nəticəsində öz torpaqlarından qaçqın düşən və məcburi köçkün olan insanlarla yaxından tanış olacaq onların həyat şəraitini araşdıracaq.

M.Heynkin bildirib ki, Qafqaz və Mərkəzi Asiya regionlarında toplumların antropologiyası, o cümlədən siyasi, iqtisadi və digər sahələrdəki inkişafı onun şəxsi araşdırmasının hədəflərindən biridir.

O, BAMF-ın fəaliyyəti, layihələrin hazırlanması və idarə olunması, ofis işinin təşkili və sairə məsələlərlə də maraqlanacaq.

Xatırladaq ki, tələbə-gənclərin, xüsusilə əcnəbi tələbələrin BAMF-da təcrübə kecmələri və müxtəlif layihələrdə könüllü kimi çalışmaları uzun illərdən bəridir ki, ənənə şəklini alıb. İndiyədək Amerikadan, İspaniyadan, Fransadan, Polşadan, Almaniyadan, Pakistandan, Çindən, Rusiyadan, İraqdan və dügər ölkələrdən onlarla gənc bu təşkilatda təcrübədə olub, müxtəlif bacarıq və vərdişlərə yiyələniblər. 2003-cü ildən isə BAMF Bakı Slavyan Universitetinin tələbələri üçün istehsalat təcrübəsi bazası rolunu oynayır. 2007-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) yaradılmasına da BAMF yaxından dəstək verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir