Modern.az

Bakıda ən böyük təhsil sərgisi keçiriləcək

Bakıda ən böyük təhsil sərgisi keçiriləcək

1 Fevral 2011, 14:03

Fevralın 26-da Azərbaycanda ilk dəfə MBA proqramının (Master of Business Administration) tədrisi ilə bağlı təhsil sərgisi keçiriləcək. Tədbir Bakıda, “Excelsior” otelində baş tutacaq. Bu proqramlar sayəsində keyfiyyətli təhsil almaq istəyənlər sərgidə dünyanın ən məşhur biznes-məktəblərinin nümayəndələri ilə şəxsən görüşə biləcəklər. Bundan əlavə onlar tədbir çərçivəsində keçirilən biznes seminarları və konfranslarında da iştirak edə biləcəklər.

Sərgidə Duke University, Hult Business School (ABŞ), HEC Paris, Rouen Business School (Fransa), Aarhus School of Business, Copenhagen Business School (Danimarka), Manchester Business School, Nottingham Trent University (İngiltərə), ESMT (Almaniya) və bir çox elm ocaqları iştirak edəcəkr.

Qeyd edək ki, sərgidə iştirak etmək üçün www.accessmba.com saytında qeydiyyatdan keçmək vacibdir.

Access MBA Fransada yerləşən Advent Group şirkətinin layihəsidir. Şirkət hər il Avropada, Yaxın şərqdə, Şimali və Cənubi Amerikada bir çox sərgilər təşkil edir. Ümumilikdə, Access MBA hər il dünyanın 30 şəhərində 50-ə yaxın sərginin təşkilatçısıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir